Putin bizim Mirzə Cəlilin qəhrəmanlarına bənzəyir…

Bu xəyalpərəst hələ də köhnə SSRİ-nin havası ilə yaşayır.

Rusiyanın neoimper zehniyyətli prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində keçmiş Sovetlər Birliyinin dağılmasını yenə də 20-ci əsrin böyük “geosiyasi fəlakət”i kimi dəyərləndirib.

O, hesab edir ki, məhz SSRİ-nin dağılması nəticəsində “rus xalqı dünyanın ən böyük bölünmüş xalqına çevrilib”.

Şübhəsiz ki, Putinin bu fikrinin alt mesajı da var. O, hazırda rusların icma şəklində yaşadığı postsovet ölkələrini yenidən ittifaq “çətir”i altında birləşdirmək niyyətini gizlətmir. Və bunun üçün ilk növbədə Avrasiya İqtisadi Birliyi (ЕАЭС) çərçivəsində “vahid iqtisadi məkan”ın yaradılmasının vacib olduğunu vurğulayır.

Putin lap bizim görkəmli dramaturqumuz Mirzə Cəlilin məşhur “Bəlkə də qaytardılar” satirik hekayəsinin qəhrəmanlarına bənzəyir…

Adam illərdir ki, gorbagor olmuş SSRİ-nin xiffəti ilə yaşayır. Lakin bu dili-qafilin xəbəri yoxdur ki, SSRİ bir yana qalsın, bu gün artıq Rusiyanın özünün də qəbri qazılır – Ukraynada…

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights