Pulun haradadırsa, ürəyin də oradadır

2025-ci ilin 15 martında ABŞ husilərə qarşı müharibəyə başladı. İki aya yaxın davam edən müharibədə heç nəyə nail ola bilməyən ABŞ hərbi qüvvələri 6 mayda Yəməndən uzaqlaşmağa məcbur oldular. Bu zaman ABŞ 2 təyyarə və 10-dan çox bahalı kəşfiyyat-hücum PUA-sı itirdi. Xatırladıram ki, ABŞ dövlətə qarşı yox, husilərə qarşı vuruşurdu.

2026-cı ilin 3 yanvarında ABŞ hərbi qüvvıləri yaxşı silahlanmış Venesuelanın paytaxtına daxil olub, ölkə prezidentini oğurladılar. Bu zaman nə canlı qüvvə, nə də hərbi texnika itirdilər.

Niyə belə oldu? Axı Venesuela həm hərbi texnika, həm hərbi qüvvələrinin sayı, həm ərazisi, həm əhalisinin sayı, həm də lanşaftına görə husilərdən qat-qat üstün və əlverişli vəziyyətdə idi.

Çünki Venesuela rəhbərliyi pullarını Qərb banklarında saxlayır, husilərin isə o qədər pulu yoxdur ki, onu hansısa bankda saxlasınlar. Buna görə də Venesuela rəhbərliyini şantaj etmək və xəyanətə məcbur etmək asandır, husiləri isə mümkün olmadı.

Bibliyada deyildiyi kimi, pulun haradadırsa, ürəyin də oradadır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights