Pulsuz ətin şorbası olmaz

ELAZ.İNFO xəbər verir ki, martın 13 – də keçmiş nazir Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki universitetlərində riyaziyyat müəllimi hazırlığı üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda fakültəsinin müəllim və tələbələri qarşısında məruzə ilə çıxış edib.

Misir Mərdanov ozünün facebook sosial şəbəkə hesabında bu tədbir ilə bağlı maraqlı yazı paylaşıb.

Yazılan rəylərin arasında dosent İlham Əhmədovun da yazısı var.

Rəyi olduöu kimi çap edirik.

Misir müəllim, çox maraqlı və çox da lazımlı bir təhlildir. Buna görə çox sağ olun.

Amma … bu təhlili 25 il əvvəl etsəydiniz, sonrakı 15 il ərzində də, təhsil naziri kimi ali məktəblərdə keyfiyyətli islahat aparsaydınız, müəllim hazırlığı problemləri ilə ciddi məşğul olsaydlnız, daha yaxşı olardı. İndi çox gecdir.

Bu təhlili də ETN menecerləri nəzərə almayacaqlar. Alim nazirin vaxtında etmədiyini, elm və təhsildən uzaq menecerlər edə bilərmi?

Heç olmasa vaxtında bu işi bilənlərlə səmərəli əməkdaşlıq etsəydiniz, onları eşitsəydiniz, məsləhətlərinə əməl etsəydiniz, yəqin ki, təhsilimiz indiki ağır durumda olmazdı. Onda finlər bizdən nümunə alacaqdı.

O illərdə nazirliyin pullarını (elə indiki ETN kimi) dost-tanış QHT- lərə və MMC-lərə yox (adlarını yazmıram burda), alimlərin təhsil yönlü təşəbbüs və təkliflərinə, layihələrinə yönəltsəydiniz, bu gün təhsilimiz tərsinə qurulmazdı.

Mənim 15-20 il əvvəl nazirliyə verdiyim layihələri dəstəkləmək əvəzinə, nazirlik mənə hər dəfə: “biz sizin məqalələri oxuyuruq, bəyənirik, layihələriniz də yaxşıdır, əməkdaşlığa hazırıq, amma bizdən layihə pul gözləməyin.” cavabı verirdi, elə indiki ETN kimi.

Amma Finlyandiyanın təhsil nazirliyi belə işləməyib. Yəni, öz vəzifəsini milli maraqlara uyğun olaraq qurub, təhsili inkişaf etdirib.

Finlandiyada müəllim hazırlığı proqramları mükəmməldir, ona görə yox ki, onların alimləri və müəllimləri bizim alimlərdən və müəllimlərdən güclüdür. Ona görə ki, bu proqramların ərsəyə gəlməsinə, sınağına, təkmilləşdirilməsinə onların təhsil nazirliyi universitetlərə, alimlərə bu proqramları hazırlamaq üçün milyonlarla qrant verib. Biz isə bütün bunları az maaş alan müəllimlərə, əlavə iş kimi, ictimai əsaslarla, pulsuz etdirmişik.

Pulsuz ətin şorbası olmaz.

Finlandiyanın təhsil nazirliyi 33 il düz işləyib, bizim nazirlik isə 33 il səhv işləyir.

Nəticənin də belə olması da çox təbiidir.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights