Yaxın Şərqdə artan gərginlik Səudiyyə Ərəbistanına da yayılıb.
ELAZ.İNFO xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan 13 pilotsuz uçuş aparatının (PUA) aşkarlanaraq məhv edildiyini açıqlayıb.
Nazirliyin açıqlamasında son saatlarda baş verən hava pozuntularının hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal aşkar edildiyi və bütün hədəflərin zərərsizləşdirildiyi bildirilib.
O da bildirilib ki, PUA-lar ölkə daxilindəki kritik nöqtələrə çatmadan əvvəl vurulub.
İlahə BAYINDIR