Professor Rafiq Əliyev “Danışır təcrübə” layihəsinin qonağı oldu

ELAZ.İNFO xəbər verir ki, “Danışır təcrübə” layihəsinin budəfəki qonağı Azərbaycan elminin görkəmli nümayəndəsi, qeyri-səlis məntiq və süni intellekt nəzəriyyəsi sahəsində dünya miqyasında tanınan alim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq bakalavr (BA) proqramlarının direktoru, professor Rafiq Əliyev olub.

Professor Rafiq Əliyev tədbirdə “Süni intellekt və qeyri-səlis məntiq: nəzəriyyədən tətbiqə” mövzusunda geniş təqdimatla çıxış edib.

Yeri gəlmişkən bildirək ki, bu layihə Elm və Təhsil Nazirliyi tərəfindən əməkdaşların davamlı inkişafının təmin edilməsi, liderlik və idarəetmə bacarıqlarının artırılması, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması məqsədilə həyata keçirilir.

Hazırladı:

Günel Güntac

Bizimlə oxuyun
Verified by MonsterInsights