Professor İlham Rəhimovun “Dünya dinlərində cinayət və cəza” adlı kitabı işıq üzü görüb

ELAZ.İNFO xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Dünya dinlərində cinayət və cəza” adlı kitabı işıq üzü görüb. Bolqarıstanda dərc olunan bu kitab bolqar dilindədir.

Hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə kitaba rəy vermişlər.

Məlumat üçün bildirək ki, bu əsər müəllifin, “Din və Cəza” (2020) kitabında təsbit edilmiş cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır.

Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.

Hüquqşünaslar, filosoflar, inanclı insanlar, həmçinin geniş oxucu kütləsi üçün bu kitab böyük önəm daşıyacaqdır.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights