ELAZ.İNFO xəbər verir ki,Benin prezidenti Patris Talon 7 dekabr çevriliş cəhdinin təfərrüatlarını müzakirə etmək üçün yüksək rütbəli komandirlərin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclası keçirib.
Üsyançılar Quru Qoşunlarının komandanı general Əbu İsanın evinə gedərək onu qaçırıblar. Səhər tezdən prezident Talonun iqamətgahına doğru irəliləyən çevrilişçilərlə Prezident Mühafizə Alayı arasında şiddətli toqquşma baş verib.
Mühafizə alayı tərəfindən dəf edilən çevrilişçilər daha sonra milli televiziyanı ələ keçirərək Talonu işdən çıxardıqlarını açıqlasa da, Talona sadiq bir qrup əsgərin müdaxiləsi ilə binadan uzaqlaşdırılıb.
Daxili işlər naziri Alassane Seidou da sosial media hesabında etdiyi paylaşımda cəhdin uğursuz olduğunu açıqlayıb. Benin prezidenti Patris Talon axşam dövlət televiziyası ilə dövlət çevrilişinə cəhdin qarşısının alındığını və günahkarların cəzalandırılacağını açıqlayıb.
Aydan


