Mingəçevir şəhərində Prezident Kuboku-2025” keçiriləcək

Elaz.info Azərbaycan Kanoe və Avarçəkmə Fedarasiyasına istinadən bildirir ki, Prezident Kuboku-2025” Mingəçevir şəhərində keçiriləcək.

Aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək. Saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Əraziyə giriş sərbəstdir.


Bizimlə oxuyun
Verified by MonsterInsights