Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində bir sıra çiddi vəzifələr qoydu

ELAZ.İNFO

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsində, milli elmin, eləcə də universitetlərimizin qarşısında yeni, gələcəyə hədəflənən uldu.

” … texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və burada Azərbaycan alimlərinin, … Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür. … biz gərək texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, inkişafımız dayanıqlı olsun. … ölkənin inkişafını cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. … Biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun.”
Bəs ETN bu mühüm və mürəkkəb vəzifələri reallaşdırmağa hazırdırmı? Təəssüf ki, təhsil nazirliyi ölkə rəhbərliyinin 23 il əvvəl qoyduğu vəzifəni: “neft kapitalını insan kapitalına çevirmək” vəzifəsini yerinə yetirə bilmədi. Bəs bu gün necə, elmlə əlaqəli vəzifəni icra edə biləcəkmi?
Bunun üçün əvvəlcə ETN-nin özündə islahat aparmaq, bu qurumun öz intellektual potensialını gücləndirmək lazımdır.
Biz bu mövzuda dəfələrlə məqalələr yazmış, ETN-ə təkliflər vermişik. Təəssüf ki, ETN-nin fəaliyyətində yaxşılığa doğru heç bir dəyişiklik hiss edilməyib.
ETN-nin ali təhsil siyasəti, onun maliyyələşməsi, universitetlərdə elmin inkişafı kimi ciddi məsələlərə münasibəti, aldığı nəticələr pis durumdadır. ETN elmə münasibətdə deyir ki, biz prosesləri yox, nəticələri maliyyələşdiririk. Maliyyələşməyən proses nəticə verərmi?
Ölkə rəhbərliyinin bu aktual çağırışlarına ETN nə reaksiya verəcək? Bunun üçün, iri layihələri demirəm (bu şəffaf deyil, ictimaiyyətə məlumat verilmir), kiçik layihələrə-məsələn, nazirliyin QHT-lərə keçən illərdə payladığı, bu yaxınlarda paylayacağı qrant mövzularına baxmaq kifayətdir. Lüzumsuz mövzulara illərlə qrantların paylanması ya səriştəsizliyin, ya ədalətsizliyin, ya məsuliyyətsizliyin, ya da “güzəşt”lərin (nazirin etiraf etdiyi kimi “təhsildə güzəşt dövlətə xəyanətdir”) göstəricisidir. Bunların hamısı çox pisdir.
Bu məqaləni 1 il əvvəl yazmışıq. Məmurlar bu məqalələri oxuyub, nəticə çıxara bilsələr, inkişafa doğru addım atsalar pis olmazdı.

Dosent İlham ƏHMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights