Prezident Ərdoğan Paşinyanı Azərbaycanla əldə olunan razılaşmaya görə təbrik edib

ELAZ.İNFO xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan tərəfinin xahişi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Mynet bildirir ki,Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh danışıqları müzakirə olunub.

Prezident Ərdoğan Ermənistanın baş naziri Paşinyanı Azərbaycanla əldə olunan razılaşmaya görə təbrik edib.

Prezident Ərdoğan ifadə edilən sülh iradəsinin regional sülh üçün dəyərli olduğunu və indi atılan bu addımın konkret hərəkətə keçməsi lazım olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini irəlilətmək üçün texniki səviyyəli danışıqların davam edəcəyini və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights