Site icon

Polşa və ABŞ prezidentləri Avropadakı amerikan qoşunlarının gələcəyini müzakirə ediblər

Polşa Prezidenti Karol Navrotski və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Gündəliyin əsas mövzusu Avropada, xüsusən də regionda təhlükəsizlik arxitekturasının dəyişdiyi bir dövrdə ABŞ qoşunlarının mövcudluğu ilə bağlı perspektivlər olub.

ELAZ.İNFO xəbər verir ki, Polşa Prezidentinin dəftərxanası tərəfindən yayılan məlumatda telefon söhbətinin ölkənin milli bayramı olan 3 May Konstitusiya günü ərəfəsində baş tutduğu qeyd olunub.

Bu müzakirələr ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Almaniyadan 5 min hərbçini çıxarmaq barədə qərarı fonunda xüsusi əhəmiyyət kəsb edir. Ekspertlərin proqnozuna görə, bu proses növbəti 6-12 ay ərzində tamamlanacaq Hazırda burada təxminən 38 min ABŞ hərbçisi yerləşib ki, bu da Amerikanın Avropadakı ən böyük kontingentidir. ABŞ-ın bu ölkədə yerləşdirdiyi hərbçilərin sayı 10 min nəfərdir.

Varşava rəsmiləri son dövrlər regionda təhlükəsizliyi təmin etmək üçün ABŞ qoşunlarının Polşadakı sayının artırılmasında maraqlı olduqlarını dəfələrlə vurğulayıblar. ABŞ-ın Avropadakı hərbi varlığının yenidən formatlanması, görünür, NATO-nun şərq cinahında yerləşən ölkələr üçün əsas prioritetlərdən biri olaraq qalır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Exit mobile version