Polşa və NATO sərhədi keçən Rusiya pilotsuz təyyarələrini vurub

ELAZ.İNFO xəbər verir ki, Polşanın hava məkanında Rusiyaya məxsus pilotsuz təyyarələr aşkar edilib. Xəbərdarlıq alan Polşa Hərbi Hava Qüvvələri pilotsuz təyyarələri zərərsizləşdirib.

NATO üzvü olan Polşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.

Xəbər ilk olaraq Ukraynadan gəlib. Kiyev Varşavaya “Rusyaya məxsus pilotsuz uçan aparat Polşa hava məkanına doğru gedir” -deyə Ukrayna Hərbi Hava qüvvələri xəbərdarlıq edib.

Az sonra Polşa hərbi hava qüvvələri ölkənin ən böyük hava limanı da daxil olmaqla, 4 hava limanını bağlayıb.

Polşanın hadisə ilə bağlı bəyanatında “milli təhlükəsizliyi təmin etmək üçün gözlənilməz hərbi fəaliyyət” olaraq göstərilib.

NATO QÜVVƏLƏRİ HƏRƏKƏTƏ KEÇDİ

Polşa hərbçiləri onun hava məkanında uçan pilotsuz təyyarələrin Ukraynadakı hədəfləri vurmaq üçün yola düşdüyünü açıqlayıb.

Pilotsuz təyyarələr Polşa Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ordu sosial mediada “sərhədi keçən pilotsuz təyyarələri vurmaq üçün özünün və NATO müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərini işə saldığını” elan edib.

Bu, Varşavanın Ukrayna müharibəsi zamanı ilk dəfə öz hava məkanında Rusiya hədəflərini vurması idi.

Varşava administrasiyası vətəndaşlarına “evdə qal” xəbərdarlığı edib.

“Reuters”in məlumatına görə, Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, “Polşa Hərbi Hava Qüvvələri ölkənin hava məkanına daxil olan düşmən obyektlərə qarşı silahdan istifadə edir”.

SƏRHƏD QAPLARI QAPALIDIR

Polşanın baş naziri Donald Tusk dünən Rusiya və Belarusun sentyabrın 12-də başlaması planlaşdırılan “Zapad” hərbi təlimləri səbəbindən Polşanın Belarusla sərhəd keçidlərini bağlayacağını açıqlayıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights