Polis müqavimət göstərəcəkmi?

ELAZ.İNFO xəbər verir ki, Trampın özünü müddətsiz rəhbər təyin etdiyi “Sülh Şurası” Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin (BSQ) yerləşdirilmə zonalarını müəyyən edib.

Kosovo (Avropa) – Şimali Qəzza

Qazaxıstan (Asiya) – Qəzza şəhəri

Albaniya (Avropa) – Deyr əl-Bəlah

Mərakeş (Afrika) – Xan Yunis

İndoneziya (Asiya) – Rəfah

Plana əsasən bu ölkələr Qəzzada ümumi sayı 20 min olacaq BSQ (hərbi kontingent), Misir və İordaniya isə 12 min polis işçiləri yerləşdirəcək.

Bu qüvvələr HƏMAS-ın hərbi infrastrukturunun tərksilah edilməsi, tunel şəbəkəsinin məhv edilməsi və silahların müsadirə edilməsinə cavabdeh olacaqlar.

Bütün bu 20 minlik müsəlman qoşununa ABŞ generalı Casper Ceffers komandanlıq edəcək. Ona da komandaları, aydındır ki, İsrail verəcək.

İsrailin 2 il ərzində edə bilmədiyinə müsəlmanların vasitəsilə, onların canlı qüvvələri və pulu ilə nail olmaq.

HƏMAS tərksilah olandan sonra İsrail ordusu yenidən Qəzzaya hücum edərsə, həmin bu BSQ və polis SAXALa müqavimət göstərəcəkmi?

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights