ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
Şahidlərin ifadəsinə görə bir neçə gün əvvəl azyaşlını Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya qasıq yırtığı diaqnozu qoyulub.
İyulun 21-də saat 15 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların qəbulundan sonra şok keçirib və yoğun baxıma alınıb.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20-də azyaşlının ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.