Terrorsuz Türkiyəyə nail olmaq prosesində əhəmiyyətli bir addım atıldı.
ELAZ.İNFO xəbər verir ki, Şimali İraqda verilən açıqlamaya görə, təşkilat Türkiyədəki fəaliyyətini dayandırdığını açıqladı.
Bəyanatda deyilir:
-“Yaxın Şərqdəki münaqişələr və müharibələr Türkiyənin və kürdlərin gələcəyi üçün ciddi bir təhdidə çevrildikcə, keçən il Prezident və MHP sədri Dövlət Baxçalı və Lider Abdullah Öcalanın açıqlamaları ilə başlayan və Lider Abdullah Öcalanın 27 fevral 2025-ci ildə “Sülh və Demokratik Cəmiyyət” çağırışı ilə əhəmiyyət qazanan proses son dərəcə vacib və kritik bir mərhələdən keçir.”
Təşkilatın son səkkiz ayda atılan əhəmiyyətli addımları qeyd edən bəyanatında aşağıdakılar yer alıb:
“Kürd tərəfinin Lider Abdullah Öcalanın və PKK-nın rəhbərliyi altında atdığı bu tarixi addımlar Türkiyənin siyasi və sosial mühitinə dərin təsir göstərərək, sülhə və demokratikləşməyə doğru yeni bir ruh və iradə ortaya qoyub. Kürdlərin sülh, demokratiya və azadlığa yönəlmiş bu cəsarətli və fədakar mövqeyi həm Türkiyə daxilində, həm də xaricində həmişə geniş şəkildə təqdir olunub.”
“BÜTÜN QÜVVƏLƏRİMİZİ TÜRKİYƏDƏN ÇIXARIRIQ”
“Bu baxımdan, 12-ci Konqresin qərarlarına əsasən, Türkiyə sərhədləri daxilində münaqişə riski yaradan və potensial təxribatlara qarşı həssas olan bütün qüvvələrimizin Türkiyədən çıxarılmasını Lider Abdullah Öcalanın təsdiqi ilə həyata keçiririk. Medya Müdafiə Zonalarına çatan bəzi qruplar hazırda buradadır və bu bəyanatda şəxsən iştirak edirlər. Bundan əlavə, sərhəd bölgələrində münaqişə riski yaradan və potensial təxribatlara qarşı həssas olan mövqelərdə də oxşar islahedici tədbirlər görülür.”
Bu bəyanatda Türkiyədə fəaliyyət göstərən bir neçə təşkilatın üzvləri də iştirak edib.
Məlumat üçün bildirək ki, terrorizmdən azad Türkiyə prosesində ən konkret addım 11 iyulda İraq Kürd Regional Hökumətinin sərhədləri daxilindəki Süleymaniyyə şəhərində atılıb.
Günel GÜNTAC
