PKK terror təşkilatı özünü buraxdı

ELAZ.İNFO BAKI 12.05.2025

ELAZ.İNFO xəbər verir ki, “PKK tarixi missiyasını tamamladı”.

Mynet öz səhifəsində yazır ki, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib. Bəyan olunub ki, “qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib”.

Məlumat üçün qeyd edirik ki, bu terror qruplaşmasını ABŞ yaradıb. Yaratmasında səbəb isə məhz Türkiyəni zəiflətmək, bu dövlətin milli təhlükəsizliyinə təhdid yaratmaq olub.

O da məlumdur ki, Ankara NATO müttəfiqi olsa da, heç vaxt Ağ evdən asılı olmayıb, hər zaman öz qərarlarını özü verib, müstəqil siyasət yeridib. Bundan narahat olan Ağ Ev PKK kimi bir təşkilat yaradaraq onu Türkiyədə, Suriya və İraqda yerləşdirdi.

Uzun illərdir ki, PKK terror qruplaşmaları Türkiyə üçün ən əsas problemlərdən biri olub.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights