PKK bu gündən silahı yerə qoymağa başlayacaq

ELAZ.İNFO Mynet-ə istinadən xəbər verir ki,terrorsuz Türkiyənin yaradılması prosesində tarixi bir gün gəlib çatdı.

Terrorçuların lideri Abdullah Öcalanın çağırışından sonra PKK bu gündən silahı yerə qoymağa başlayacaq. Ən kritik mərhələlərdən birinə saatlar qaldığından bütün gözlər silahların təhvil veriləcəyi Süleymaniyyədədir.

Bu arada bölgədən ilk görüntülər də ortaya çıxmağa başlayıb. Ərbildən yola düşən böyük karvan Süleymaniyyəyə gedən yolda görüntülənib.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights