Pezeşkian:- “Tarix ağır bədəl ödəyənlərlə doludur”

ABŞ Prezidenti Tramp, dünən xalqa müraciətində bildirmişdi ki, “Növbəti 2-3 həftə ərzində biz onları (İranı) son dərəcə sərt şəkildə vuracağıq. Onları aid olduqları yerə, Daş dövrünə qaytaracağıq”.

ELAZ.İNFO xəbər verir ki, İran prezidenti Pezeshkian, X sosial media platformasında paylaşdığı mesajda ABŞ prezidenti Donald Trampın “İranı Daş dövrünə qaytarmaq” təhdidlərinə cavab verib. O yazıb ki, “Bütün bir milləti Daş dövrünə qaytarmaqla hədələmək böyük bir müharibə cinayətindən başqa bir şey ifadə edirmi?”.

Daha sonra Pezeşkian əlavə edib ki, “Mən bu sualı vəkil olan Finlandiyalı həmkarıma (Finlandiya prezidenti Aleksandr Stubba) verdim. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərlə doludur.”

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights