ELAZ.İNFO xəbər verir ki,ilk dəfə rəsmi səfərə gələn İran Prezidentinini Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda qarşılayıb.
Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.
Sonra Pezeşkian Göy Məsciddə İran nümayəndə heyəti ilə birlikdə namaz qılıb
Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995–2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.
N.B