Pentaqonun adı dəyişdirilir- Müharibə Depertamenti adlandırılacaq

ELAZ.İNFO xəbər verir ki, Tramp Pentaqonun adını dəyişir; o bundan sonra Müharibə Departamenti adlandırlacaq.
ABŞ prezidenti Donald Trampın Müdafiə Nazirliyinin (Pentaqon) adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacağı açıqlanıb.

Prezident Trampın imzalamağa hazırlaşdığı 200-cü sərəncama əsasən Müdafiə Nazirliyinin (Pentaqon) adı dəyişdirilərək “Müharibə Departamenti” adlandırılacaq.

Məlumat üçün bildirək ki, Ağ Ev Trampın sərəncamı bu gün imzalayacağını açıqlayıb.

Yeri gəlmişkən qeyd edək ki, Donald Tramp və komandası “Müdafiə” sözünün çox passiv göründüyünü, “Müharibə” adının isə “daha güclü imic” ifadə etdiyini iddia edirlər.

Ağ Evin məlumatına görə, bu dəyişiklik ABŞ-ın tarix boyu “Müharibə Departamenti” adı altında əldə etdiyi qələbələrə də istinad edir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights