Pensiyaçılara şad xəbər: İndeksasiya faizi rəsmən açıqlandı

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ötən ilin yekunları üzrə orta aylıq nominal əməkhaqqının artım tempini açıqlayıb. Bu göstərici pensiyaların builki artımında əsas rol oynayacaq.

ELAZ.İNFO xəbər verir ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin yekunları üzrə orta aylıq əməkhaqqının artım tempi nəzərə alınaraq, 2026-cı ilin 1 yanvar tarixindən etibarən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılacaq. Bu artım ümumilikdə 1,1 milyondan çox pensiyaçını əhatə edəcək. Artmış pensiyaların yanvar ayının artımı ilə birlikdə fevral ayının qrafiki üzrə ödənilməsi təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın günlərdə artımla bağlı rəsmi qərarın detallarını ictimaiyyətə təqdim edəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights