ELAZ.İNFO xəbər verir ki, MSK sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasında məhkəmə çəkişməsi başa çatıb.
Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq qadına məxsus əmlakın geri qaytarılmasını təsdiqləyib.
Məlumata görə, ümumi dəyəri 300 min manata yaxın olan qızıl-zinət əşyaları, saatlar, geyimlər və digər şəxsi əşyalar keçmiş həyat yoldaşına verilməlidir.
Aydan