Pasterelyoz xəstəliyi tüğyan edir: 61 milyon kompensasiya ödənildi

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətində kənd təsərrüfatı heyvanları arasında yayılan pasterelyoz xəstəliyi ilə bağlı vəziyyət stabilləşməyə doğru gedir. Regionun qubernatoru Andrey Travnikovun jurnalistlərə verdiyi məlumata görə, potensial yoluxmuş heyvanların götürülməsi prosesi artıq əksər yaşayış məntəqələrində başa çatıb. Hazırda heyvanların izolyasiyası və məhvi yalnız bir kənddə — Ordınski rayonunun Koziha kəndində davam etdirilir. Digər ərazilərdə ən çətin və gərgin mərhələ artıq geridə qalıb.

Kompensasiya: 196 ailəyə ümumilikdə 61 milyon rubl vəsait ödənilib. Xəstəlik regiondakı təsərrüfatların təxminən 0,6%-ni əhatə edib. Pasterelyoz 5 rayonda, quduzluq isə 50-dən çox ocaqda qeydə alınıb. Bütün vilayət ərazisində Fövqəladə Hallar rejimi qüvvədədir.

Regional Baytarlıq İdarəsinin məlumatına görə, pasterelyoz törədicisinin dəyişkənliyi səbəbindən xəstəlik artıq müalicə olunmaz forma alıb. Mütəxəssislər epidemiyanın yayılmasında bir neçə əsas amili qeyd edirlər: 1.Şəxsi köməkçi təsərrüfatlarda heyvanlara baxım zamanı səhlənkarlıq; 2.Heyvanların dar şəraitdə saxlanılması (sıxlıq); 3.Peyvəndlənmədən (vaksinasiyadan) imtina edilməsi. Hazırda region rəhbərliyi sakinlərlə maarifləndirmə işləri aparır və təsərrüfatların bərpası üçün dəstək tədbirlərini müzakirə edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights