Paşinyan yenə də adından söz etdirməyi bacardı. Özü də bir başa Kremldə!
Paşinyan cavabları ilə Putini sözün əsl mənasında “yandırmaqda” ikən, Putinin gücü isə, ancaq bayırda Paşinyanın portretini yandırtmağa çatdı.
Bizlər üçün bir kiçik düşmənin başqa böyük düşməni rəzil duruma salmaqdan xoş hal nə ola bilər ki?! …
Videodan da göründüyü kimi, Paşinyan birbaşa Kremldə, KİV önündə Putini açıq şəkildə “trollayır.”
— “Bizdə sosial şəbəkələr azaddır, ümumiyyətlə heç bir məhdudiyyət yoxdur” deməklə,
— Ermənistanın baş naziri açıq-aşkar Rusiyadakı totalitar senzura ilə bağlı eyham vurmaqla, qımışaraq öyünür.
Bu məqamda, Putinin üz ifadəsi çox şey deyirdi. Necə deyərlər, fotodan da göründüyü kimi, ” iynə vursaydın, qan fışqırardı”.
Onu da deyim ki, bu arada yuxarıda qeyd etfiyim kimi, Kreml yaxınlığında Paşinyanın portreti yandırılır. Bu dəfəki dövlət səfərinin ab-havası belədir.
Nəriman Abdinov