Paşinyan hansı üzlə seçkiyə gedir? – İcra olunmayan vədlər və itirilmiş hədəflər

ElAZ.İNFO xəbər verir ki, 2026-cı il parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanda Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş vədləri yenidən gündəmə gəlib. Siyasi analitiklər və ictimaiyyət nümayəndələri hakimiyyətin son beş ildə verdiyi demək olar ki, bütün strateji vədləri pozduğunu bildirirlər.

Kağız üzərində qalan “parlaq” gələcək Xatırladaq ki, 2021-ci il seçki proqramında Paşinyan xalqa aşağıdakıları vəd etmişdi: Qarabağ ermənilərinin geri qayıdışı və onların hüquqlarının qorunması; Ermənistan ordusunun müasirləşdirilməsi; Rusiya və KTMT ilə münasibətlərin tənzimlənməsi; Qondarma soyqırımı nın beynəlxalq səviyyədə tanınması siyasətinin davamı.

Lakin keçən müddət ərzində Paşinyan hökuməti bu bəndlərin tam əksini həyata keçirib: KTMT ilə münasibətlər dondurulub, ordu təhlükəsizliyin qarantı statusundan çıxarılıb və ərazi itkiləri davam edib. Hakimiyyət isə bu uğursuzluğu “geosiyasi dəyişikliklər” bəhanəsi ilə ört-basdır etməyə çalışır.

Bir dənə də olsun vəd yerinə yetirilməyib Politoloq Sergey Şakaryants müsahibəsində baş nazirin hələ 2018-ci ildən qalan sosial vədlərini də xatırladıb:

Bu şəxs 2018-ci ildə də vədlər vermişdi. Hansısa birini yerinə yetiribmi? Məsələn, İrəvanda ödənişli dayanacaqlar ləğv edildimi? Xeyr. Radarların sayı azaldımı? Əksinə, artdı. Sosial ədalət bərpa olundumu? Xeyr. Hətta 1 mart hadisələri və digər rezonanslı cinayət işləri üzrə də heç bir real nəticə yoxdur.

Seçki öncəsi suallar Məqalədə vurğulanır ki, Paşinyanın “oğurlanmış pulları xalqa qaytarmışıq” şüarı da özünü doğrultmayıb. Məhkəmələr bir çox səs-küyə səbəb olan işlərdə bəraət hökmləri çıxarıb. Analitiklər bir sualı ön plana çıxarırlar: Bütün bu uğursuzluqlardan və yerinə yetirilməyən vədlərdən sonra hakimiyyət hansı üzlə xalqdan yenidən səs istəyəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights