Partlayış hazırlayan xarici vətəndaş saxlanılıb

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva vilayətində mühüm enerji infrastrukturu obyektində təxribat hazırlayan 29 yaşlı xarici ölkə vətəndaşını saxlayıb. Rəsmi məlumata görə, həmin şəxs Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyini etiraf edib.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin (TSOS) açıqladığı faktlar hadisənin miqyasını ortaya qoyur: 1996-cı il təvəllüdlü xarici vətəndaş. Şübhəli şəxs “Telegram” messenceri vasitəsilə terror təşkilatı üzvü tərəfindən əməkdaşlığa cəlb edilib. Moskva vilayətindəki enerji obyektlərindən birində partlayış törətmək, daha sonra isə Ukraynaya qaçaraq Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək. Saxlanılan şəxsdən 5 kq partlayıcı maddə kütləsinə malik, istifadəyə hazır əldəqayırma partlayıcı qurğu (SBU) və kuratoru ilə yazışmaların olduğu mobil telefon götürülüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri (partlayıcı qurğuların qanunsuz dövriyyəsi və təxribata hazırlıq) üzrə cinayət işi başlanılıb.

FSB vətəndaşlara müraciət edərək bildirib ki, Ukrayna xüsusi xidmət orqanları internet məkanı və messencerlər vasitəsilə potensial icraçıların axtarışını davam etdirir. Qurum xəbərdarlıq edib ki, düşmənə yardım etməyə razılıq verən hər bir şəxs müəyyən edilərək ən ağır cəzaya məhkum olunacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights