”Parlayan günəşlər”

Elaz.info xəbər verir ki, aprelin 24-də daun sindromlu idmançılar arasında “Parlayan günəşlər” adlı idman oyunları keçirilib. Bakı Atletika Mərkəzində Daun İdmançılara Dəstək İB-in təşkilatçılığı ilə baş tutan yarışa Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstandan olan idmançılar qatılıblar. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıları gələcək beynəlxalq idman yarışlarına hazırlamaqdır.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights