Site icon

Parlament dəyərlərinə və ortaq maraqlara əsaslanaraq açıq, səmimi və konstruktiv dialoqu təşviq edir.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisini Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırdı.

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək məqsdilə bəyanat komissiyası yaradılıb.

Milli Məclisin vitse-spikeri, yaradılan komissiyanın sədri Ziyafət Əsgərov seçildi.

Ziyafət Əsgərov çıxışında bildirib.-“Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri pozan destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilmişdir. Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərini, ədalət anlayışını qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdır”.

Vitse-spiker vurğulayıb ki, Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə çöküt müdaxilə alətinə çevrilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək əməkdaşlığı yenidən bərpa etmiştir.

“Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qara yaxma fəaliyyətini ardıcıl surətdə davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət almışdır”.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının müzakirə edilib.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın
Exit mobile version