ELAZ.İNFO xəbər verir ki, Dünyada ilk dəfə olaraq Parkinson xəstəliyinin müalicəsində istifadə ediləcək unikal hüceyrə preparatı Yaponiyada rəsmi istifadə icazəsi alıb. İnduksiya olunmuş kök hüceyrələr (iPS) əsasında hazırlanan bu dərman orqanizmin zədələnmiş sinir toxumalarını bərpa etmək qabiliyyətinə malikdir
Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Keniçiro Ueno bildirib ki, Amshepuri adlı preparatın istehsalı və satışına yaşıl işıq yandır. Preparat Kioto Universitetinin iPS Hüceyrə Araşdırmaları İnstitutu və “Sumitomo Pharma” şirkəti tərəfindən birgə hazırlanıb. iPS-hüceyrələrdən laboratoriya şəraitində yetişdirilən sağlam sinir hüceyrələri xəstənin beyninə transplantasiya edir. 2025-ci ildə aparılan klinik sınaqlar göstərib ki, hüceyrə köçürülməsindən sonra pasiyentlərin vəziyyətində ciddi müsbət dəyişikliklər baş verir.
Yalnız Parkinson deyil, ürək xəstəlikləri sahəsində də böyük addım atılıb. Nazirlik eyni zamanda işemik kardiomiopatiyanın müalicəsi üçün nəzərdə tutulan Reheart preparatını da təsdiqləyib. Hər iki vasitə dünyada analoqu olmayan regenerativ tibb nümunələridir. Bu uğurun təməli 2012-ci ildə yapon alimi Sinya Yamanakanın kök hüceyrə araşdırmalarına görə Nobel mükafatı alması ilə qoyulub. iPS-hüceyrələrin ən böyük özəlliyi ondan ibarətdir ki, kimyəvi təsir nəticəsində onlar istənilən növ hüceyrəyə (ürək, sinir, qaraciyər və s.) çevrilə bilirlər. Bu, nəzəri olaraq sıradan çıxmış bütün insan orqanlarını yenidən “yetişdirməyə” imkan verir.
Ruslan MƏMMƏDOV