Paris lideri:-“Ukrayna kimi tərəfdaşın ehtiyaclarına sürətlə cavab verməliyik”

ELAZ.İNFO xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron 13 iyun 2022-ci il tarixində Paris-Nord Villepinte sərgi mərkəzində Eurosatory silah sərgisinin açılışına həsr olunmuş çıxışında “Économie de guerre” (müharibə iqtisadiyyatına keçid) elan etdi. Bu konsepsiya 2024-2030-cu illər üçün hərbi proqramlaşdırma haqqında qanunda da öz əksini tapıb.

Donald Tramp 20 yanvar 2025-ci ildə ABŞ prezidenti kimi and içdikdən sonra NATO-dakı mövqeyindən istifadə etmək üçün “müharibə iqtisadiyyatı” anlayışından istifadə edir.

Paris liderinin özünün dediyinə görə, söhbət “Ukrayna kimi tərəfdaşın ehtiyaclarına sürətlə cavab vermək” məqsədi ilə “Silahlı Qüvvələrin ehtiyaclarını nəzərə alaraq istehsal dövrlərinin optimallaşdırılmasından” gedir.

Fransa “daha çox, daha yaxşı və daha sürətli” silah istehsal etməli və onun fəaliyyəti şəffaflıq, sadələşdirmə, təchizat zəncirlərinin qorunması, insan resurslarının təmin edilməsi və maliyyə təminatı prinsiplərinə uyğun olmalıdır. Məqsəd istehsal prosesini sürətləndirmək və avadanlığa texniki xidmət xərclərini azaltmaqdır ki, bunun üçün Paris daha aşağı texnoloji tərəqqi səviyyəsinə malik avadanlıq almağa razıdır.

Onu da qeyd edək ki, Fransa prezidenti xaricdə silah, sursat və avadanlıq alınmasının əleyhinədir, o hesab edir ki, xərclərin artırılması həm də Avropanın silah-sənaye və texnoloji bazasını gücləndirməyə və Avropa üçün strateji muxtariyyət əldə etməyə kömək etməlidir ki, bu da Donald Trampın ikinci müddətinin başlamasından sonra xüsusilə vacibdir. Çünki bu Fransaya verilən bir öhdəlikdir. Fransanın bu öhdəliyi necə yerinə yetirəcəyi barədə isə baş verən siyasi mənzərələr təsəvvür yaradacaq.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights