“Paradise” komandası üçüncü yerə çıxdı

ELAZ.İNFO xəbər verir ki, müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Kapital Bankın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.

Noyabrın 16-da Bakı şəhərində baş tutan final mərhələsində ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 38 komanda iştirak edib.

Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən Hacıqabulun “Paradise” komandası üçüncü yerə layiq görülərək respublika çempionatının bürünc mükafatçısı olub.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights