ELAZ.İNFO xəbər verir ki, Vatikanın prezidenti və Katolik Kilsəsinin lideri Papa XIV Leo vəzifəyə başladıqdan sonra ilk beynəlxalq səfərini Türkiyəyə edir.
İlk Amerika Papası XIV Leo 30 noyabra qədər Ankara, İstanbul və Nikeya şəhərlərində görüşlər keçirəcək. O, İsrailin Fələstində davam edən soyqırımı, Yaxın Şərqdə sülh quruculuğu və mövcud regional və qlobal inkişafları müzakirə edəcək.
XIV Leonu üç kardinal müşayiət edir.
Papa XIV Leo 1,4 milyon üzvü olan qlobal Katolik Kilsəsinin lideridir. Türkiyədən sonra o, Livana səfər edəcək.
Beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilən bu səfərdə Papanı 80-dən çox jurnalist müşayiət edəcək. NTV Türkiyədən səfəri müşayiət edən yeganə televiziya kanalıdır. Beynəlxalq mediaya görə, Papa həmçinin İslamla dialoqla bağlı mesajlar verəcək.
Günel GÜNTAC