Pakistanda “ASAN xidmət” mərkəzi:

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modelinə əsaslanan mərkəzin rəsmi açılış mərasimi keçirilib.

ELAZ.İNFO xəbər verir ki, mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Pakistanda “ASAN xidmət modelinin tətbiqi Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə həyata keçirilib. 2025-ci ilin sentyabrında imzalanmış dövlətlərarası sazişə əsasən, Azərbaycan tərəfi mərkəzin qurulması üçün bütün zəruri texniki və innovativ dəstəyi göstərib.

İlkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət göstəriləcək. Mərkəzdə Azərbaycanın könüllülük proqramı və innovativ həlləri tətbiq ediləcək. Girişdə Azərbaycan–Pakistan qardaşlığını əks etdirən xüsusi bölmə yaradılıb.

Baş nazir Məhəmməd Şahbaz Şərif mütərəqqi modelə görə Azərbaycan Prezidentinə təşəkkür edərək, bu sistemin Pakistanda geniş yayılacağını vurğulayıb. Qeyd edək ki, Pakistan “ASAN xidmət” modelini ixrac edən 6-cı ölkə oldu (İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra).

Tədbirdə həmçinin Azərbaycanın DOST konsepsiyası və gələcək innovativ həllər barədə geniş təqdimatlar keçirilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights