ELAZ.İNFO, BAKI, 08.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinə Hindistanın təcavüzü səbəbindən cavab tədbirləri görmək səlahiyyəti verilib.
Pakistan Milli Təhlükəsizlik Şurası (MTŞ) bununla bağlı qərar çıxardı və BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququnu elan etdi.
Əlavə edilib ki, Pakistan istənilən vaxt, yerdə və seçdiyi tərzdə cavab vermək hüququnu özündə saxlayır.
Pakistanın Samaa nəşrinin yazdığına görə mayın 7-də Pakistan Baş nazirinin iqamətgahında Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Şura bəndinə uyğun olaraq ölkənin özünümüdafiə hüququnu bəyan edərək, ölkənin silahlı qüvvələrinə cavab tədbirləri görmək səlahiyyəti verib.
İlahə BAYINDIR
