Pəştun hökmdarlarının ən yaxşısı-Əmir xan Cavanşir

O, Qızılbaşların Cavanşir tayfasının lideri olub, Qarabağ xanları ilə eyni nəslindən idi. Əmir Aslan xan Cavanşir Kəşmirdə tikdirdiyi “Şirqari sarayı” (Aslanın qalası) və “Amira Kadal” körpüsü ilə məşhurdur.

Bu saray və körpü hal-hazırda Hindistanın nəzarətində olan “Cammu və Kəşmir” ərazisində yerləşir. Kəşmir xalqı onu mülayim və ədalətli bir rəhbər olaraq xatırlayır. O, hakim və ya qubernator olsa da, mənbələrdə və xüsusilə kəşmirlilər tərəfindən “Kəşmir hökmdarı” olaraq tanınır. Qızılbaşların Kəşmirə köçü və məskunlaşması, məhz onun adı ilə əlaqələndirilir.

“Şah Zaman 1795-ci il yanvarın 7-də Qəndəhara daxil oldu. Burada Maşir-ud-Dövlənin yerinə Qızılbaş Əmir Arsalan xan Cavanşir Kəşmir qubernatoru təyin edildi; Qızılbaş başçısı öz əmisi Məhəmməd xanı da naib (və ya müavin) olaraq təyin etdi.

Cavanşirlər Şuşadan gələn Türk mənşəlidirlər, bir neçə tayfalardan ibarətdir və Qızılbaşların əsas hissəsini təşkil edirlər.

Əmir xan Cavanşir bəlkə də Pəştun hökmdarlarının ən yaxşısı idi, çünki heç olmasa, o, (Kəşmirin mərkəzi) Şrinaqarın girişində yerləşən Amira Kadal körpüsünü tikdirmiş və Şirqari sarayını inşa etdirmişdi. Lakin digər tərəfdən, o, Dal gölü sahilindəki Moğol bağlarını dağıtmaqla kiçik və kinli bir davranış sərgiləmişdi.

Digər Pəştun hökmdarları isə bu gün yalnız amansızlıqları və qəddarlıqları ilə xatırlanırlar. Onlar haqqında belə deyilir ki, baş kəsməyi bir çiçək dərmək qədər yüngül sayırdılar.”

Bizimlə oxuyun
Verified by MonsterInsights