“Pəncərədən daş gəlir”

ELAZ.İNFO xəbər verir ki, dahi xanəndəmiz Xan Şuşinskinin oğlu Aslan Cavanşirov müsahibələrinin birində “Pəncərədən daş gəlir” mahnısı haqqında maraqlı bir tarixçə. söyləmişdir.


Aslan Cavanşirov
qeyd edir ki. XX əsrin əvvəllərində Çar rejiminə qarşı xalq hərəkatı güclənmişdi, mütləq hakimiyyəti devirmək üçün dövrün mütərəqqi fikirli insanları bir məqsədə qulluq edirdilər. Cabbar Qaryağdıoğlu da bu insanlarla tərəfdaşlıq edirmiş. Onlara pul lazım olanda, mitinq keçirmək üçün vəsait çatmayanda yardım edirmiş. Həmin vaxt da Bayıl türməsində çoxlu siyası dustaqlar saxlanılırmış. Cabbar Qaryağdıoğlu isə türmənin qarşısındakı çayxanada dəstəsilə oturub, muğam ifa edərmiş. Cabbar bəyin həddən artıq zil səsi olub. Onun ifasını dinləyənlər də gətirib pul verirmişlər. Türməyə məlumat keçirmək lazım olanda isə hərəkatçılar gətirib pul adı ilə gizli məlumat yazılan kağız verirmişlər ki, jandarma şübhələnməsin. “Pəncərədən daş gəlir” mahnısı məxfi məlumatlardan öncə bir xəbərdarlıq xarakteri daşıyırmış. Mahnını ifa edəndən sonra isə məxfi xəbəri qəzələ çevirib, segah üstə oxuyurmuş. Məsələn “Filankəsi tutdular”, “Filan vaxt sizi harasa aparacaqlar” və s. kimi informasiya ötürürmüş.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights