Özünü ömürlük həbs cəzasına məhkum olunmaqdan xilas etmək üçün bütün vasitələrə əl atır

Həm siyasi, həm də iqtisadi mənada “bankrot” sayılan erməni əsilli Rusiya milyarderi Ruben Vardanyanın Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi davam edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (AR CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan bu gün (sentyabrın 30-da) davam etdirilən məhkəmə iclasında zərərçəkmişlərin çıxışlarını dinlədi.

Vardanyan həm vəkil, həm də tərcüməçi ilə təmin olunub. O, özünü ömürlük həbs cəzasına məhkum olunmaqdan xilas etmək üçün bütün vasitələrə əl atır.

Və eyni zamanda, Vardanyan Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin, separatçı rejimin Qarabağda törətdikləri vəhşiliklər nəticəsində zərər çəkmiş azərbaycanlıların məhkəmə zamanı səsləndirdikləri cinayətlərə görə məsuliyyət daşımadığını iddia edir. Hal bu ki, Vardanyan Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” olub.

P.S. 1945-1946-cı illərdə məşhur Nürnberq məhkəməsində ifadə verərkən edam olunacaqlarını bilə-bilə bütün günahlarını boyunlarına alan alman-faşist generallarından fərqli olaraq, bu gün Bakı məhkəməsində ifadə verən erməni faşizminin nümayəndələrinin, o cümlədən Ruben Vardanyanın isə öz cinayətlərini etiraf etməyə kişilik və cəsarətləri çatmır.

Beləliklə, erməni xarakteri hətta məhkəmə qarşısında, mühakimə anında da ifrat xaraktersizliyin mücəssəməsinə çevrilir…

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights