Özünə sual, özünü tənqid, introspeksiya

ELAZ.İNFO

Özünə sual, özünü tənqid, introspeksiya qiyamət qopmazdan əvvəl içimizdəki nəfslə hesablaşmaqdır. Buna görə də nəfsin etdiyi pislikdən peşman olması, özünü mühakimə edib qınaması, özünü islah etməyə çalışması təqdirəlayiqdir. Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də buyurmuşdur ki, ağıllı insan nəfsini aşağılayan, özünü hesaba çəkən və ölümdən sonra gələcək üçün çalışandır. Vəziyyəti rəhm etməyə layiq olan şəxs nəfsinin istəklərinə tabe olan və Allahdan bağışlanma ümid edəndir.

Unutmaq olmaz ki, insanın ən amansız düşməni nəfsidir və onunla mübarizə aparmaq düşmənlə döyüşməkdən daha çətindir. Nəfsi sorğu-sual edərkən, ilk növbədə, Uca Allahla münasibətimizi yoxlamaq lazımdır. Uca Tanrının aşkar etdiyi fövqəl dəyərləri həyatımızın mərkəzinə yerləşdirib-yerləşdirmədiyimizi araşdırmalıyıq. Çünki Rəbbimizlə olan münasibətimizi şübhə altına almadan cəmiyyətlə, ətraf mühitlə, əşyalarla sağlam əlaqələr saxlamaq mümkün deyil.

Ali Kamal Maboçoölu Türkiyə

Bizimlə oxuyun
Verified by MonsterInsights