Özünə hörmət etməyən təhsil sistemindən daha bir biabrçılıq

ELAZ.İNFO xəbər verir ki,xeyli vaxtdır ki, riyaziyyat üzrə beynəlxalq fənn olimpiadasında şagirdlərimizin son illər ardıcıl olaraq uğursuz iştirakı müzakirə mövzusudur.

Bu uğursuzluğun əsas səbəbini təhsil eksperti, dosent İlham Əhmədov özünün sosial şəbəkə hesabında geniş açıqlama ilə paylaşıb. “Tərsinə qurulmuş təhsilimizdəki ildəil artan eybəcər idarəetmədir. Təhsilimizdəki eybəcər idarəetmənin isə əsas səbəbi (əvvəllər dəbunu dəfələrlər yazmışıq) eybəcər kadr siyasəti, qanunların sistematik pozulması və sistemli korrupsiyanın ilbəil dərinləşməsidir.
Təkcə bir liseydə riyaziyyatın keyfiyyətli tədrisi hesabına ölkə riyaziyyat fənni üzrə beynəlxalq olimpiadada hər il 5-10 medal qazana bilərdi. Amma menecerlərə görünür bu lazım deyil.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights