Ağıllı insanlara xitab edən Qurani-Kərimdə təfəkkürə böyük əhəmiyyət verilir. Uca Allah Quranda insanları düşünməyə, ağıllarını və qəlblərini işlətməyə dəvət edir, qəflət və düşüncəsizləri lənətləyir. Quran təfəkkürü iki mühüm məqama yönəldir:
Birincisi, özü üzərində təfəkkür;
İkincisi, başqa varlıqlar üzərində düşünmək.
Quran üzərində düşünmək onu düzgün dərk etmək, ondan faydalanmaq və onun göstərdiyi yolla getmək deməkdir. Başqa varlıqlar üzərində düşünmək Allahın heç bir şeyi boş yerə yaratmadığını (Ali-İmran, 3/191), yaradılmış hər şeyin bir ağıl və hikmətlə yaradıldığını (Muminun, 23/115), bir çox canlı və cansız varlıqların bəşəriyyətin xidmət və əmrinə verildiyini ifadə edir (Bəqərə, 2/29).
Bir sözlə, kainatın nizamını, yaradılış məqsədini, bizə verilən nemət və gözəllikləri, dünyanın keçiciliyini, gecə ilə gündüzün bir-birini əvəz etməsini düşünən insan, Allah-Təalanın sonsuz nemətləri qarşısında böyüklüyünü dərk edir.
Ali Kamal Maboçoğlu