Özü öz əliylə münbit zəmin, ideal şərait hazırlamışdı

Çarli Kirk kim idi və onun ritorikasındakı qızışdırıcı məqamlar hansılar idi?

Əvvəla, o, hər nə qədər təəccüblü görünsə də müharibənin başlanmasında Rusiyanı yox, məhz Ukraynanı günahkar hesab edirdi. Çarli Kirk bir tərəfdən Ukraynaya silah verilməsinin əleyhinə çıxır və işğalçı Putin Rusiyasını sıx dəstəkləyirdi.

Digər tərəfdən isə, qəzzalıların Qəzzadan çıxarılması ideyasını təbliğ edir və Netanyahunun qatı müdafiəçisi kimi çıxış edirdi. Çarli Kirk bu ilin may ayında Netanyahuya göndərdiyi məktubunda da yazmışdı ki, “mənim xristian həyatımdakı ən böyük sevinclərimdən biri də İsrailin maraqlarını müdafiə etmək və yəhudi-xristian sivilizasiyasını qorumaq üçün ittifaqlar yaratmaqdır”.

Qatı “xristian millətçisi” kimi tanınan Ç.Kirk, həmçinin miqrantlara (xüsusən də müsəlmanlara) qarşı barışmaz düşmən mövqeyi ilə fərqlənir, alovlu xristian təəssübkeşi kimi çıxış edirdi. O, öz çıxışlarında tez-tez xristian ağalığı, xristian mədəniyyətinin üstünlüyü barədə qıcıqlandırıcı fikirlər səsləndirirdi. Bu fikirlərinə görə Çarli Kirki 12-13-cü əsrlərdən 21-ci əsrə adlamış köhnə xaçpərəst, səlibçi də adlandırmaq olardı.

Bu cür radikal düşüncələrin daşıyıcısı, çılğın şüarların təbliğatçısı kimi çıxış edən bir gənc ideoloqun özünə qısa müddətdə çoxlu düşmən qazanması təbii ki, təəccüblü gəlməməlidir.

Başqa sözlə desək, Ç.Kirk öz həyatının siyasi qətl müstəvisində sona çat(dırıl)ması üçün özü öz əliylə münbit zəmin, ideal şərait hazırlamışdı.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights