Öz obyektlərini əcnəbi dildə adlandıran sahibkarlar cərimələnsinlər

İrad 16. Bakı şəhərində və eləcə də, digər şəhərlərdə və rayon mərkəzlərində Azərbaycan dilində olmayan və ya təhrif edilmiş şəkildə yazılmış xeyli sayda obyekt adları və reklamlar vardır. Bu,  dövlətçiliyimizə və dilimizə hörmətsizlik kimi qiymətləndirilməlidir.

            Təklif: “Azərbaycan dili haqqında…” və “Reklamlar haqqında…” Azərbaycan Respublikasının qanunlarını pozan, öz obyektlərini əcnəbi dildə adlandıran sahibkarlar cərimələnsinlər və Azərbaycan dilində qarşılıqlı ifadəsi mümkün olan bütün belə adlar dəyişdirilsin. Öz obyektlərini əcnəbi dildə qeydiyyatdan keçirmiş sahibkarların fəaliyyətləri (mal və xidmətləri) barədə mətbuatda, radio və televiziyada reklamlar qadağan edilsin. Çünki öz obyektini “Flaminqo” (Qızıl qaz) və ya “Peşera” (Mağara) adlandıran sahibkarlar dilimizə zərbə vurduqlarını başa düşmürlərsə, onları başa salmaq lazımdır. Ərzaq mağazasına “Gold” adı verən sahibkar nə satdığını bilmirsə, o mütləq cəzalandırılmalıdır. Belə obyektlərə cərimə sanksiyaları onqat və ya yüzqat olmalıdır. Obyektlərin qeydiyyatı orqanlarında dilimizin saflığını qoruyan müfəttişlik və ya komissiya təşkil olunmalıdır.

Ağasəf İMRAN

Bizimlə oxuyun
Verified by MonsterInsights