Oxucu marağı dəyişib?

Əvvəllər, xüsusilə bəyənmədiyimiz sovet dövründə hər kəs hansısa bir elmi-bədii kitabı, məqaləni oxuduğundan həmsöhbətinə fəxrlə, qürurla bəhs edərdi. Öz növbəsində bu məqalələrin, kitabların, əsərlərin müəllifləri də özlərində məsuliyyət hiss edər, nəinki fikirlərin, cümlələrin, hətta sözlərin belə üstündə əsərdilər. Bir sözlə, geniş ictimaiyyətə təqdim edilən əsərlər dərc edilənədək süzgəclərdən keçirilir, sağlam tənqidlərlə qarşı-qarşıya qalırdı. Nəticədə meydana mükəmməl, faydalı olan bir əsər çıxırdı. Bəs indi necədir? Təəssüflər olsun ki, çoxları necə gəldi yazıb sosial şəbəkələrdə paylaşır, özlərini cəmiyyətə şair, yazıçı, alim olaraq sırımağa çalışır. Bunun çirkin və xoşagəlməz nəticəsi isə gələcək nəsillər üçün arzuolunmazdır, həmçinin xalqımızın milli irsinə, mədəniyyətinə vurulan zərbədir. Ən başlıcası, insanları yormaq və aldatmaqdır. Çəkinin bu yoldan!

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights