Ovçular diqqətli olun!!!

Ov Mövsümü Başlayır, Amma Bir Şərtlə…

ELAZ.İNFO xəbər verir ki, meşələrin dumanlı sükutu və dağların soyuq nəfəsi bu günlərdə fərqli bir həyəcanla dolur – ov mövsümü rəsmi olaraq açıq elan edilir. Lakin bu ilin şüarı fərqlidir: “Vurmaq deyil, yaşatmaq gərəkdir.”

Əsl ovçu üçün bu mövsüm sadəcə hədəfi vurmaq deyil, sübh tezdən oyanıb torpağın qoxusunu içinə çəkmək, təbiətlə tək-tək qalmaq və babalarımızdan qalan o qədim instinktləri duymaqdır. Lakin unutmayın, hər bir tüfəng səsi təbiətin min illik harmoniyasında bir cızıq yaradır. Balans hər şeydir: Təbiətin sizə verdiyi qədərini götürün, artığına tamah salmaq sabahın yox olması deməkdir. Ehtiyatı əldən verməyin diqqətli oln ki, qışın şıltaq havası, dumanlı dərələr və buzlu qayalar – ehtiyatı əldən vermək faciəyəyə səbəb ola bilər. Qanunların görmədiyi yerdə sizi ancaq daxili intizamınız idarə etməlidir. Nadir növlərə və icazə verilməyən ərazilərə toxunmaq, gələcəyin rəngini soldurmaqdır.

Gəlin, bu mövsümü təbiətin qonağı kimi keçirək, onun sahibi kimi yox. Unutmayın ki, ən böyük qənimət evə sağ-salamat qayıtmaq və təmiz bir vicdanla təbiəti gələn ilə də eyni gözəllikdə tapmaqdır.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights