ELAZ.İNFO, BAKI, 14.05.2025.
ELAZ.İNFO xəbər verir ki, “gedəcək, yoxsa qalacaq?” kimi suallarla Tez-tez qarşılanan “Qalatasaray”ın ulduzu Viktor Osimhenlə bağlı gündəm olacaq iddia ortaya atılıb. Ulduz futbolçunun mövsümün sonunda komandadan ‘yüzdə 100’ ayrılacağı bildirilib.
Mövsümün əvvəlində icarə əsasında komandaya qoşulan dünya ulduzu Viktor Osimhenin gələcəyi Super Liqada çempionluq üçün gün sayan “Qalatasaray”ın maraq mövzusuna çevrilib.
Türkiyə televiziya kanallarından birində canlı yayımında Emre Bol “Yüzdə yüz dəqiq məlumat aldım” deyərək Osimhenin mütləq gedəcəyini açıqlayıb. Nigeriyalı ulduzla bağlı tez-tez iddialar səslənərkən dünya nəhəng klubları ilə yanaşı, “Qalatasaray” və “Fənərbaxça”nın da Osimhenin transferi üçün növbəyə durduğu iddia edilib.
Osimhenlə bağlı diqqətçəkən bir iddia ortaya atılıb. İdman şərhçisi Emre Bol ulduz futbolçunun yeni ünvanını açıqlayıb.
Məşhur şərhçi qeyd edib ki, “Osimhen qətiyyən “Qalatasaray”da qalmayacaq. O gedir. Premyer Liqada bir komandada oynayacaq. “Qalatasaray”lı azarkeşlər 3 həftə Osimheni görəcəklərvə bu müddət bitdikdən sonra yola salacaqlar. Məncə, Osimhen bu mövsüm təkbaşına “Qalatasaray”ı çempion etdiyi üçün rəqiblər sevinməlidir”.
Şərhçi qırmızı-sarı komandadan bir çox futbolçunun ayrılacağını bildirərək vurğulayıb ki, “Qalatasaray rəhbərliyinin yay transfer dövründə çox işi olacaq”.
İslam MAHMUDOV