Orta məktəblərimizdə iqtisadi təhsil nə səviyyədədir?

Hal-hazırda orta məktəblərimizdə iqtisadi təhsil nə səviyyədədir? Hesab edirəm ki, qeyri-peşəkar müəllimlərin tədris etdikləri “İqtisadiyyat” fənni ilə kifayətlənmək doğru deyildir. Bu özümüzü və uşaqlarımızı aldatmaqdan başqa bir şey deyildir.

Bir anlığa təsəvvür edək ki, bu gün parta arxasında oturan hər bir şagird sabah bir firmanın prezidenti, bir xəstəxananın baş həkimi, bir mədəniyyət evinin direktoru ola bilər. Həyatımızın bütün sahələrində əmək fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat, firma və s. mövcud olduğu üçün bu obyektlərin iqtisadi yolla idarə edilmələri daha vacibdir. Səriştəsiz və səmərəsiz idarəçilik təkcə müəssisəyə yox, həm də dövlətə və cəmiyyətə iqtisadi ziyan vurmaqdır. Bu səbəbdən də, orta məktəblərin VIII-X siniflərində ardıcıl olaraq iqtisadiyyat, bazar münasibətləri (marketinq) və idarəetmə (menecment) öyrədilməlidir. Əlbəttə, bunun üçün ilk növbədə dərsliklərin hazırlanması, paralel olaraq ali məktəblərdə iqtisadiyyat üzrə mütəxəssis müəllimlərin hazırlanması prosesi təşkil edilməlidir. Orta məktəb məzunu olan hər bir gəncdə iqtisadiyyat, biznes (marketinq) və idarəetmə (menecment) barədə tam təsəvvür olmalıdır ki, o ali məktəb seçərkən “qəfil seçim” ilə üzləşməsin.

Orta məktəbdə qazanılan iqtisadi bilik – marketinq, biznesin təşkili, idarəetmə – menecment həyatımızın bütün sahələrində çalışacaq mütəxəssislər üçün mükəmməl baza təhsili ola bilər. İdarəetmə biliyi və səriştəsi – təkcə aşağı pillə səviyyəsindəki rəhbərlərə yox, həmçinin dövlət idarəçiliyinin bütün pillələrində də olduqca vacibdir.

 

Ağasəf İMRAN

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights