Orban Zelenskinin Macarıstanı hədələməsinin nəticələri barədə xəbərdarlıq edib

ELAZ.İNFO xəbər verir ki, Vladimir Zelenskinin Macarıstana qarşı açıq təhdidləri nəticəsiz keçməyəcək. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Orban sosial şəbəkələrdə hakim Fidesz – Macarıstan Vətəndaş Birliyi partiyasının tərəfdarlarının yaratdığı Döyüş Klubu icmasının səhifəsində yazıb ki, “Zelenski açıq şəkildə Macarıstanı hədələyib. O, etiraf edib ki, onlar “Drujba” boru kəmərinə hücum edirlər, çünki biz onların Avropa İttifaqına daxil olmasını dəstəkləmirik. Bu, bir daha macarların düzgün qərar qəbul etdiyini sübut edir”.

Baş nazir qeyd edib ki, “şantaj, partlayışlar və təhdidlərin köməyi ilə” Ukrayna Aİ-yə üzvlüyünü təmin edə bilməyəcək. Orban həmçinin xəbərdarlıq edib ki, “Zelenskinin sözləri nəticəsiz qalmayacaq”.

Məlumat üçün bildirək ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki Drujba neft kəmərinin infrastrukturuna bir neçə pilotsuz təyyarə və raket zərbələri endirib. Boru kəməri təmir olunarkən Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılıb. Budapeşt bu məsələdə Moskva ilə əlaqə saxlayır. Avqustun 24-də Kiyevdə keçirdiyi mətbuat konfransında Zelenskiyə “Drujba” neft kəmərinə zərbələrin Ukraynanın Aİ-yə daxil olmasına Macarıstanın veto qoymasını aradan qaldırmaq şansını artırıb-artmadığı soruşulub. “Biz həmişə Ukrayna ilə Macarıstan arasında dostluğu dəstəkləmişik və indi bu “Drujba”nın mövcudluğu Macarıstandan asılıdır”, – deyə Zelenski cavab verib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights