Onun ömrü nə qədər uzun?

Munavvara Yusupova (Munav­va­ra Yusuf) 1958-ci ildə Özbəkistanda Qaraqalpa­qıs­tan Muxtar Respublikasının Türtkul rayonunda anadan olub.

Ali təhsillidir.

Onun “Munis nidalar”, “Məhəbbət yolu”, “Xalq uşağı”, “Qızıl beşik”, “Kö­nül elçidir”, “Türtkölimdur gülüm”, “Çiçəklənən eşq və ya qismət ni­şa­nə­ləri” və “Xoşbəxt anlar və ya qırx qız”, bu yaxınlarda isə Türkiyədə “Müqəddəs söz” almanaxı işıq üzü gö­rüb. Bir qrup özbək yaradıcıları ilə birgə onun da Almaniyada nəşr olu­nan almanax şeirləri yer alıb.

Özbəkistan və Qaraqalpaqıstan Yazıçılar Birliyinin üzvüdür.

Hal-hazırda Türtkul rayon Axbarot Kitabxana Mərkəzində xidmət müdiri vəzifəsində çalışır.

ARZU

Nədir özü onun?!

Onun ömrü nə qədər uzun?

Gözü varmı, sözü varmı?

Ya bir qədər duzu varmı?

Nə qədər balası var ki?

Bir ömürə çatarmı ki?

Qəlbdə açan lalələri,

Yiyəsinə yetərmi ki?

Yetişincə…

Qonaq olsa…

Daha sonra…

Ömrünü özünə sərf etsən yaxşıdır

İkinci həyat da yaşamalısan…

Özünü düşünənmi?!

Nə deyir o?!

Ötənlərə yenilib, kül olmalısan?!

Nə olursa, olsun içəridə

Mənlik deyilən güclü qüvvədir…

Yenə vacib bir şey dedin, hə, eqoist?!

Eqoistmi?

Hər halda, həmişə özünü düşün

Dik dayanmaqçün.

Bizimlə oxuyun
Verified by MonsterInsights