Onun barəsində cinayət işi açılıb

ELAZ.İNFO xəbər verir ki, Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən təsdiqləyiblər.

Sözardı: Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights