Hal-hazırda İranda baş verən kütləvi etirazlar və rejimin sərt təzyiqləri ölkə daxilində və xaricdə geniş narahatlıq yaradır və bu, xüsusilə Türk əhalisi üçün mühüm nəticələr doğura bilər. Etırazlar əvvəlcə iqtisadi narazılıqdan qaynaqlanıb, amma daha sonra hakimiyyətə qarşı ümumi etirazlara çevrilib. Təhlükəsizlik qüvvələrinin sərt təzyiqləri nəticəsində minlərlə adam yaralanıb və öldürülüb, yüzlərlə insan həbs edilib. Beynəlxalq təşkilatlar bu zorakılığı qınayıb və insan haqları problemini vurğulayıb.
Təzyiq, assimilyasiya siyasəti və diskriminasiya hallarına dair hesabatlar vardır
Azərbaycan türkləri ölkə əhalisinin böyük hissəsini, təxminən əhalinin 35%-40 %ə qədərini təşkil edır. Onlar uzun müddətdir ki, mədəni hüquqlar, dil və iqtisadi imkanlar baxımından mərkəzi hakimiyyətlə mürəkkəb münasibətlər içindədir.
Azərbaycan türkləri daxil olmaqla, etnik azlıqlarla bağlı fəaliyyət göstərən fəallar və mədəniyyət müdafiəçiləri zaman-zamanda həbs olunublar və sərt cəzalandırılıblar, Soydaşlarımız hər zaman sistem daxilində öz mədəni dil və hüquqlarını qorumağa çalışdıqları üçün hakimiyyətlə çətin münasibətlər yaşayırlar və bu gərginliklər etirazlar fonunda daha da dərinləşə bilər.
Hazırda İranda vəziyyət çox gərgin və qeyri-sabitdir. Etiraz dalğası genişləndikcə İran hakimiyyəti də daha sərt tədbirlər görür, bu da bölgələrdə yaşayanları təhlükəsizlik riskləri ilə üz-üzə qoyur.
Hadisələrin gələcək inkişafı bir çox faktordan asılıdır. Geniş miqyaslı qarşıdurma və ya yeni siyasi quruluşun formalaşması kimi daha dərin dəyişiklikləri zaman göstərəcək.
Natəvan BƏYDİLİ